0
Thursday 22 February 2018 - 21:07

Moskvada azərbaycanlı biznesmen güllələndi

Story Code : 706834
Moskvada azərbaycanlı biznesmen güllələndi
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, o, şəxsi “Lexus” avtomobilində olarkən naməlum silahlının hücumuna məruz qalıb və başından güllə yarası alıb.
 
O, xəstəxanaya çatdırılsa da, həkimlər biznesmenin həyatını xilas edə bilməyib. Qətlin sifarişli olduğu bildirilir.
 
Məlumata görə, qatil qurbanını həyətdə gözləyirdi. Cinayətkarın "Makarov" tipli tapançadan atəş açdığı bildirilir. O, ən azı 4 dəfə atəş açıb. Onlardan biri biznesmenin başına dəyib.
 
Cinayəti törədən şəxsin şəxsiyyətini müəyyənləşdirmək üçün tədbirlər görülür.
Comment