QR CodeQR Code

Somalidə partlayışlar nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

Apa , 24 Feb 2018 10:40

İslamtimes - Somalinin paytaxtı Moqadişoda iki partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.


APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin sayının artacağı istisna edilmir.

Polis partlayışlardan sonra baş verən atışma zamanı 5 silahlının məhv edildiyini bildirib.

Terror aktına məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.


Story Code: 707111

News Link :
https://www.islamtimes.org/az/news/707111/somalidə-partlayışlar-nəticəsində-ölənlərin-sayı-21-nəfərə-çatıb

Islam Times
  https://www.islamtimes.org