QR CodeQR Code

İraqda türkiyəli 16 qadın edam ediləcək

Nur-az.com , 26 Feb 2018 10:14

İslamtimes - İraq Mərkəzi Cəza Məhkəməsi Türkiyə vətəndaşı olan 16 qadını edam cəzasına məhkum edib.


Bu barədə İraqın Ali Məhkəməsi məlumat yayıb.

Qərara səbəb kimi sözügedən qadınların İŞİD sıralarına qoşulması göstərilib.

“Şübhəli şəxslərin sorğu-sualı zamanı məlum olub ki, onlar İŞİD üzvləri ilə evlənmək məqsədilə İraqa gəliblər. Terrorçulara logistik dəstək verdiklərini də etiraf ediblər”, - deyə bildirilib.

Qeyd edək ki, məhkum qadınların məhkəmə qərarından şikayət etmək hüququna malik olduqları da vurğulanıb.


Story Code: 707601

News Link :
https://www.islamtimes.org/az/news/707601/iraqda-türkiyəli-16-qadın-edam-ediləcək

Islam Times
  https://www.islamtimes.org