0
Tuesday 27 February 2018 - 17:21

ABŞ yenə Türkiyəni S-400-lərə görə təhdid etdi

Story Code : 707921
ABŞ yenə Türkiyəni S-400-lərə görə təhdid etdi
Bu barədə informasiyanı “Habertürk” qəzeti yayıb. Qəzetin mənbəsi Ankaranın addımının onun NATO ilə birliyinə mənfi təsir göstərə biləcəyini deyib:

“Əgər Türkiyə S-400-dən əl çəkməsə, Konqresin qəbul etdiyi CAATSA qanunu Ankaraya qarşı tətbiq oluna bilər. Biz Türkiyəyə ən yaxşı alternativ tapması, özünün hava hücumundan müdafiə ilə bağlı tələbatını ödəməsi üçün yardım etmək istəyirik”.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Reks Tillerson da Ankarada CAATSA qanununun Türkiyəyə tətbiq oluna biləcəyini söyləmişdi.
Source : Nur.az.com
Comment