QR CodeQR Code

Kazanda atışma olub, ölən və yaralananlar var

28 Feb 2018 09:03

IslamTimes - Rusiyanın Kazan şəhərindəki yaşayış binalarından birində sərxoş kişinin açdığı atəş nəticəsində ikisi polis əməkdaşı olmaqla 3 nəfər yaralanıb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq polislərdən birini xilas etmək mümkün olmayıb. Silahlı şəxs saxlanılıb.
Məlumata görə, insident məişət zəminində baş verib. Belə ki, 36 yaşlı sərxoş kişi ov tüfəngindən qapıya atəş açaraq qohumlarının mənzilinə daxil olmağa çalışıb. Silahlı şəxs qonşular tərəfindən hadisə yerinə çağırılan polis əməkdaşına atəş açıb. Cinayətkar cavab atəşi ilə yaralanaraq saxlanılıb. Cinayət işi başlanıb, araşdırma aparılır. 


Story Code: 708002

News Link :
https://www.islamtimes.org/az/news/708002/kazanda-atışma-olub-ölən-və-yaralananlar-var

Islam Times
  https://www.islamtimes.org