QR CodeQR Code

Armen Sarkisyan Ermənistanın yeni prezidenti seçilib

2 Mar 2018 19:12

IslamTimes - Bu gün Ermənistan parlamentində ölkənin yeni prezidentinin seçkisi keçirilib.


APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, Armen Sarkisyan ölkənin yeni prezidenti seçilib. Onun lehinə 90, əleyhinə 10 deputat səs verib. A. Sarkisyanın namizədliyi parlament çoxluğu tərəfindən irəli sürülmüşdü.
Armen Sarkisyan ölkəsinin Böyük Britaniyada səfiri vəzifəsində çalışırdı. O, daha əvvəl Ermənistanın baş naziri olub.
Qeyd edək ki, 2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament idarə üsuluna keçir. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.


Story Code: 708526

News Link :
https://www.islamtimes.org/az/news/708526/armen-sarkisyan-ermənistanın-yeni-prezidenti-seçilib

Islam Times
  https://www.islamtimes.org