QR CodeQR Code

Həsən Ruhani Azərbaycan prezidentinə başsağlığı verib

2 Mar 2018 20:04

IslamTimes - İran prezidenti Həsən Ruhani Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.


APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran prezidentinin rəsmi saytı xəbər yayıb.
“Bakı şəhərinin mərkəzində baş vermiş yanğında dost və qardaş ölkə olan Azərbaycanın vətəndaşlarından bəzilərinin həyatını itirməsi xəbərindən kədərləndik və narahat olduq. Sizə başsağlığı verir, bu faciəvi hadisə qurbanlarının ailələrinin dərdinə şərik olduğumuzu bildiririk”.


Story Code: 708534

News Link :
https://www.islamtimes.org/az/news/708534/həsən-ruhani-azərbaycan-prezidentinə-başsağlığı-verib

Islam Times
  https://www.islamtimes.org