QR CodeQR Code

Somalidə ardıcıl iki terror aktı törədilib, ölənlər var

3 Mar 2018 16:28

IslamTimes - Somalinin paytaxtı Moqadişo yaxınlığında terrorçu-kamikadze hərbi hissəyə hücum edib.


APA-nın məlumatına görə, bu barədə “Voice of Nigeria” xəbər verib. Məlumata əsasən, hərbi hissəyə daxil olan terrorçu-kamikadze idarə etdiyi avtomobildə partlayıcı qurğunu işə salıb. Nəticədə 1 hərbçi ölüb, daha 3-ü yaralanıb.
İnsident cümə namazı zamanı baş verdiyindən, hərbi hissədə az adam olub.  Bir müddət sonra yaralı əsgərləri xəstəxanaya aparan yük maşını partladılıb, bu zaman 3 hərbçi həyatını itirib. Hücuma görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.
Fevralın 23-də Somalinin paytaxtında baş verən iki terror hücumu nəticəsində 45 nəfər həlak olub.
Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.


Story Code: 708729

News Link :
https://www.islamtimes.org/az/news/708729/somalidə-ardıcıl-iki-terror-aktı-törədilib-ölənlər-var

Islam Times
  https://www.islamtimes.org