QR CodeQR Code

ABŞ-da universitetdə atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

3 Mar 2018 16:59

IslamTimes - ABŞ-ın Miçiqan universitetində atəş açan şəxsin kimliyi məlum olub.


APA-nın məlumatına görə, bu barədə CBS telekanalı xəbər verib.
Məlumata görə, cinayəti törətməkdə  19 yaşlı Ceyms Erik Devis şübhəli bilinir.  Polis hadisənin ailə münaqişəsi zəminində qeydə alındığını bildirib. Hazırda qaradərili gəncin tutulması istiqamətində tədbirlər görülür.

*** 

20:05
 
ABŞ-ın Miçiqan ştatında universitetdə silahlı insident baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Maunt-Plezant şəhərində qeydə alınıb.
İlkin məlumata əsasən, insident nəticəsində 2 nəfər ölüb. Hadisə ilə əlaqədar bir nəfərin axtarıldığı bildirilir.
Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.


Story Code: 708737

News Link :
https://www.islamtimes.org/az/news/708737/abş-da-universitetdə-atəş-açan-şəxsin-kimliyi-məlum-olub-yenilənib

Islam Times
  https://www.islamtimes.org