0
Saturday 3 March 2018 - 17:32

Kitab yazıldı; "...İsrail tərəfindən həyata keçirilən gizli sui-qəsdlərin hekayəsi" - ƏTRAFLI

Story Code : 708745
Kitab yazıldı; "...İsrail tərəfindən həyata keçirilən gizli sui-qəsdlərin hekayəsi" - ƏTRAFLI
İslamazeri.com xəbər verir ki, İsrailli jurnalist Ronen Berqman İsrailin Mossad Kəşfiyyat İdarəsinin törədikləri sui-qəsd və qətllərlə bağlı kitab dərc edib. "İlk addımı sən at və əvvəlcə sən öldür: İsrail tərəfindən həyata keçirilən gizli sui-qəsdlərin hekayəsi" adlı ibranicədən ingilis dilinə tərcümə olunub.

Kitabda İsrailin xüsusi xidmət orqanı olan Mossad tərəfindən həyata keçirilən sui-qəsdlər, qətllər və gizli əməliyyatlar qələmə alınıb.

Jurnalist uzun müddətə yazdığı bu kitabdan öncə, 6 Mossad şefi və Ehud Barak, Ehud Olmert və Benyamin Netanyahu kimi sionist rejimdə nazir və rəsmi olan 100 nəfərlə görüşdükdən sonra bu məlumatlar toplusunu yazıb.

Kitabda 500-ə yaxın sui-qəsd zamanı 3000-ə yaxın şəxsin öldürüldüyü önə çəkilir. Lakin Berqmanın kitabı haqqında araşdırma aparan "Fələstin İnformasiya Mərkəzi"ndəki İsrail mövzusundakı mütəxəssis araşdırmaçı (adı açıqlanmır) kitabda həddən artıq şişirtmələrə yol verildiyini, o cümlədən Mossadı güclü göstərildiyini bildirib.

Sionist hərbi qurumlarının sadə məsələlərdə uğursuzluqlarına işarə edən, mütəxəssis, fələstinli müqavimətçilərə qarşı törədilən sui-qəsdlərin bir çoxunun uğursuz olduğunu qeyd edib.

Berqman Almaniyanın "Der Spiegel" qəzetinə verdiyi müsahibədə 2000-2005-ci illər ərzində "ikinci intifada" dövründə, İsrailin xüsusi xidmət orqanlarının HƏMAS-a qarşı sui-qəsdlər zamanı, çox sayda günahsız insanın öldürüldüyünə diqqət çəkərək, İsrailin, həmçinin Mossadın Abdul Qamal Nasir, Yasir Ərəfat, Səddam Hüseyn və Mahmud Əhmədinejad kimi şəxslərə qarşı beynəlxalq qanunlara əməl olunmamasının lazım olduğunu bildirir (red: yənu bu şəxslərə sui-qəsd edilməliydi).

"Yedihot Ahronot" qəzetinin müxbiri Berqman kitabında, qeyri-adi sui-qəsdlərdən söz açır. Kitabda adını açıqlamasada, bir şəxsin zəhərli diş pastası ilə öldürülməsindən danışır. Berqman İranın nüvə fəaliyyətilə məşğul olan mütəxəssis və alimlərinə qarşı sui-qəsdlərdən də bəhs edir. İsrail İranın bu iddialarına münasibət bildirməsə də, bu cür mütəxəssisin bu kitabındakı İranla bağlı sui-qəsd mövzuları İranın ittihamlarını təsdiqləmiş sayılır. Jurnalist, kitabında həmçinin, Mossadı "Sui -qəsd fabriki" kimi də qələmə verir.

Xatırladaq ki, İsrailli yazar İsrailin törətdiyi bu kimi cinayətlərinə qarşı olduğunu göstərir və 750 səhifəlik kitabını da ABŞ-da nəşr edib.
Source : Islamazeri
Comment