0
Saturday 3 March 2018 - 21:49

Azərbaycanlılar Vladimir Putinə dəstək aksiyasında iştirak ediblər

Story Code : 708798
Azərbaycanlılar Vladimir Putinə dəstək aksiyasında iştirak ediblər
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın "Lujniki" stadionunda keçirilən prezidentliyə namizəd Vladimir Putinin dəstək aksiyasına Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları iştirak ediblər.
 
Diaspor nümayəndələrimiz və AMOR-un gənc fəalları əllərində Azərbaycan bayraqları və "Rusiya azərbaycanlıları Vladimir Putini dəstəkləyir" şüarı yazılan plakatlar qaldıraraq Rusiya azərbaycanlılarının prezidentliyə namizəd Vladimir Putinə dəstəklərini ifadə ediblər.
 
Qeyd edək ki, bu gün "Lujniki" stadionunda Rusiya prezidentliyinə namizəd Vladimir Putinə dəstək aksiyası keçirilib. Aksiyada 80 min nəfərdən çox insan iştirak edib. /AzNews.az/
Comment