QR CodeQR Code

Hizbullah Livan seçkilərində ABŞ və Səudiyyə rejimilə mübarizə aparacaq

4 Mar 2018 09:03

IslamTimes - Şeyx Nəim Qasim, Hizbullahın parlament seçkiləri mübarizəsində hədəfinin Livanın daxili işlərinə parlament üzərindən qarışmağa çalışan ABŞ və Səudiyyə rejiminin planını pozmaq olduğunu deyib.


Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasim, Hizbullahın parlament seçkiləri mübarizəsində hədəfinin Livanın daxili işlərinə parlament üzərindən qarışmağa çalışan ABŞ və Səudiyyə rejiminin planını pozmaq olduğunu deyib.
Şeyx Nəim Qasım Amerika-Səudiyyə rejimi planını belə şərh edib: “Bu ikisi Livandakı parlament seçkilərinə müdaxilə etməyə və Livanın müqavimət və müstəqilliyindən qaynaqlanan maraqlarından uzaq olaraq, parlamentin qərarlarını idarə etməyə çalışır”.
Livanın xarici işlər naziri Cebran Basil də son vaxtlar etdiyi çıxışında, Livan seçkilərinə xarici müdaxilə məsələsində xəbərdarlıq etmişdi.
Livanda parlament seçkiləri 2018-ci ilin 6 may tarixində keçiriləcək. /Deyerler/


Story Code: 708841

News Link :
https://www.islamtimes.org/az/news/708841/hizbullah-livan-seçkilərində-abş-və-səudiyyə-rejimilə-mübarizə-aparacaq

Islam Times
  https://www.islamtimes.org