QR CodeQR Code

Almaniyada müsəlmanlara və məscidlərə 950 hücum olub

4 Mar 2018 09:13

IslamTimes - Ötən il ərzində AFR-də müsəlmanlara və məscidlərə 950 dəfə hücum olunub.


Trend bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, hücumlar nəticəsində 33 nəfər xəsarət alıb.
Hakimiyyət orqanları məscid və digər müsəlman idarələrində vandalizmlə müşayiət olunan 66 təhqiramiz yazı aşkarlayıb.
Demək olar ki, bütün hücum faktlarında tutulanlar sağ ekstremistlər olub.
Bildirilir ki, 2017-ci ildə hücum faktları digər illərə nisbətən artıb.
Almaniyanın Müsəlman Mərkəzi Şurasının sədri Ayman Mazyek deyib ki, bu, ancaq rəsmi rəqəmlərdir və həqiqəti əks etdirmir.
2017-ci ildə Almaniyada 4,7 milyon nəfər müsəlman qeydiyyatdan keçib ki, bu da əhalinin 5 faizi deməkdir. Onlardan 65 faizi sunni, 7 faizi şiə, 13 faizi ələvilərdir.


Story Code: 708844

News Link :
https://www.islamtimes.org/az/news/708844/almaniyada-müsəlmanlara-və-məscidlərə-950-hücum-olub

Islam Times
  https://www.islamtimes.org