0
Sunday 4 March 2018 - 20:20

Lavrov: “Yəməndə müharibəyə dialoqla son vermək olar”

Story Code : 709031
Lavrov: “Yəməndə müharibəyə dialoqla son vermək olar”
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, “The Reporter Ethiopia” qəzetinə müsahibə verən Lavrov, Yəməndəki hərbi, siyasi və humanitar vəziyyəti yaxından təqib etdiklərini deyib: “Bu ölkədə davam edən toqquşmalar nəticəsində çoxlu sayda ölən və yaralıların olması, mülki infrastrukturun böyük qisminin məhv edilməsi və ya sıradan çıxarılmasına görə, ciddi narahatlığımız var. Ərəb koalisiyasının iştirakı ilə uzun müddətdir davam edən Yəməndəki müharibəyə təkcə dialoq, bütün siyasi qüvvələrin maraqlarının qarşılıqlı olaraq nəzərə alınması yolu ilə sona çatdırmağın mümkün olması məsələsində israrlıyıq.
Münaqişə tərəflərinin bir-birinə qarşı çoxlu şikayəti var, həm də bu şikayətlər hər vaxt əsassız olmaya bilər. Buna görə, Yəmən fraksiyaları, bu narazılıqları həll yollarını tapmaq istiqamətində konstruktiv müzakirələrə qayıtmağa hazır deyil. Bu, ölkədəki böhranın həlli kontekstində bu günün əsas problemini təşkil edir”.
BMT başda olmaqla beynəlxalq ictimaiyyətin yəmənli tərəfləri zorakılıqdan əl çəkib, danışıqlar masasına oturmağa təşviq etməli olduğunu deyən Lavrov, sözlərini belə davam etdirib: “Rusiya olaraq bu işə dəstəyimizi davam etdirməyi düşünürük. Yəmən vətəndaş müharibəsinin başladığı ilk gündən etibarən bu məsələ üzərində çalışırıq, müntəzəm olaraq bütün tərəflərlə danışırıq. Eyni zamanda əzab çəkən Yəmən xalqına humanitar yardımın təmin olunması istiqamətində praktiki addımlar atırıq. İndi bu ölkəyə yeni humanitar yardım yükü göndərməyi planlaşdırırıq”.
Comment