QR CodeQR Code

Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşəcək

6 Mar 2018 09:10

IslamTimes - Bu gün Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsi çərçivəsində cavab qarşılaşmalarına start veriləcək.


Apasport.az saytının məlumatına görə, artıq ilk iki 1/4 finalçının adına aydınlıq gələcək.
Təbii ki, bütün diqqətlər Parisdəki matça yönələcək. Erkən final hesab edilən PSJ – “Real” mübarizəsində kimin yoluna davam etdirəcəyinə aydınlıq gələcək. İspaniyada rəqibi üzərində 2 top fərqi ilə qələbə qazanan ÇL-in son qalibi Fransaya üstün yollanıb. Bu azmış kimi, PSJ-nin lideri Neymar da zədə ucbatından qarşılaşmanı buraxacaq.
Günün digər oyunu elə də böyük önəm kəsb etmir. Səfərdə “Porto”nun qapısından 5 cavabsız top keçirən “Liverpul” üçün doğma azarkeşləri önündəki cavab görüşü formal xarakter daşıyacaq.
 
Çempionlar Liqası
1/8 final (cavab oyunları)
6 mart
 
23:45. PSJ (Fransa) – “Real” (İspaniya)
Paris, "Park De Prens" stadionu
İlk oyun – 1:3
 
23:45. “Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya)
Liverpul, "Enfild Roud" stadionu
İlk oyun – 5:0


Story Code: 709362

News Link :
https://www.islamtimes.org/az/news/709362/çempionlar-liqasında-ilk-1-4-finalçılar-müəyyənləşəcək

Islam Times
  https://www.islamtimes.org