0
Tuesday 6 March 2018 - 09:29

Deputatlar bu gün toplaşır - 24 məsələni müzakirə üçün

Story Code : 709367
Deputatlar bu gün toplaşır - 24 məsələni müzakirə üçün
Trend-in məlumatına görə, iclasda ilk öncə deputatlar Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya"sına qoşulmaq haqqında qanun layihəsini müzakirə edəcək.
 
Daha sonra Seçki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, o cümlədən "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Sosial sığorta haqqında", "Yaşayış minimumu haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.
 
Ümumilikdə iclasın gündəliyinə 24 məsələ daxildir.
Comment