0
Tuesday 6 March 2018 - 10:23

ABŞ terrorçulara yardım əməliyyatını davam etdirməyi düşünür

Story Code : 709375
ABŞ terrorçulara yardım əməliyyatını davam etdirməyi düşünür
"ABŞ-ın Suriyada apardığı əməliyyatların müddəti uzana bilər.
"APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Adrian Renkin-Qellovey bəyan edib.
“Koalisiya məqsədinə çatacaq. Lakin Suriyada vəziyyətin mürəkkəbləşməsi İŞİD-ə qarşı aparılan əməliyyatın müddətini uzada bilər”, deyə Pentaqon rəsmisi vurğulayıb.
Qeyd edək ki, ABŞ 2014-cü ildən etibarən Suriya hökumətindən icazəsiz bu ölkədə hərbi əməliyyatlar keçirir. Bəzi məlumatlara görə, hazırda Suriyada ABŞ-ın 20-dək hərbi bazası mövcuddur.
Türkiyə və digər bir neçə dövlət ABŞ-ın YPG və İŞİD kimi terrorçulara yardım etdiyini təsdiqləyib.
Comment