QR CodeQR Code

Türkiyə ilə Yunanıstan qarşı-qarşıya

7 Mar 2018 15:38

IslamTimes - Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanda türk bayrağının yandırılması ilə bağlı sərt mövqe nümayiş etdirib.


Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyə XİN bu hərəkəti şiddətlə qınadığını bəyan edib: “5 mart tarixində bir qrup irqçi partiya tərəfindən Yunanıstanın paytaxtı Afinada ölkəmiz əleyhinə keçirilən aksiya zamanı bayrağımızın yandırılmasını şiddətlə qınayırıq.
 
Bayrağımıza qarşı bu iyrənc hərəkəti həyata keçirən cinayətkarların tutulmalarını və ən qısa zamanda məhkəmə qarşısına çıxarılmalarını yunan orqanlarından gözləyirik”.
 
Nazirlik rəsmi saytında məsələ ilə bağlı açıqlama verərək Yunanıstan prezidenti Pavlopolosdan iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlıq naminə qarşı tərəfə hörmət edilməsini tələb edib: “Prezident Prokopis Pavlopulosu beynəlxalq hüquqa və ölkəmizin sərhədlərinə hörmət etməyə, məqamına yaraşmayan, səbəbsiz yerə gərginliyə yol açacaq ritorikalardan imtina etməyə dəvət edirik”, – deyə XİN bildirib.


Story Code: 709703

News Link :
https://www.islamtimes.org/az/news/709703/türkiyə-ilə-yunanıstan-qarşı-qarşıya

Islam Times
  https://www.islamtimes.org