0
Wednesday 7 March 2018 - 21:33

Gürcüstanda müsəlmanlar qiyabi olaraq dini biliklərə sahib ola biləcəklər

Story Code : 709818
Gürcüstanda müsəlmanlar qiyabi olaraq dini biliklərə sahib ola biləcəklər
İslamazeri.com xəbər verir ki, Gürcüstan Əhli-beyt (ə) cəmiyyətində artıq qiyabi təhsil almaq imkanı yaradılıb. Bununla bağlı cəmiyyətin rəsmi saytında məlumat yayılb. ahlibeyt.ge saytının elanını diqqətinizə çatdırırıq:
"Gürcüstan Əhli-beyt (ə) cəmiyyətində artıq qiyabi təhsil almaq imkanı yaradılıb.
Hər kəs qiyabi təhsil almaq istəsə müraciət edə bilər.

Qeyd edək ki, cəmiyyətin təhsil şöbəsinin əməkdaşları tərəfindən xüsusi təhsil proqramı hazırlanmışdır (qiyabi tədrisin qaydalarına əsasən oxucular İslam maarifini müəyyən həddə əhatə edən 12 kitabı oxuyub suallara cavab verdikdən sonra Əhli-beyt (ə) cəmiyyətinin daxili sertifikatı ilə təltif olunacaqlar).
Source : Islamazeri
Comment