0
Thursday 8 March 2018 - 11:53

"Yuventus" və "Mançester Siti" 1/4 finalda (YENİLƏNDİ)

Story Code : 709921
"Yuventus" və "Mançester Siti" 1/4 finalda (YENİLƏNDİ)
Publika.az xəbər verir ki, ikinci oyun günündəki hər iki görüş İngiltərədə baş tutub.
Günün ən maraqlı oyunu Londonda olub. "Tottenhem" evdə "Yuventus"a məğlub olaraq mübarizəni dayandırıb.
Premyer Liqada çempionluğa doğru inamla irəliləyən “Mançester Siti” “Bazel”lə qarşılaşıb. Cütün taleyi İsveçrədə həll olunduğundan bu qarşılaşma formal xarakter daşıyıb. Meydana əsasən, əvəzedicilərdən ibarət komanda çıxaran Xosep Qvardiola yekunda məğlub olsa da, mərhələni keçməyi bacarıb - 1:2.
 
Çempionlar Liqası, 1/8 final, cavab oyunları

7 mart
 
“Mançester Siti” (İngiltərə) – “Bazel” (İsveçrə) - 1:2
Qollar: Jesus, 8 - Elyunusi, 17, Lanq, 72
İlk oyun – 4:0
 
“Tottenhem” (İngiltərə) – “Yuventus” (İtaliya) - 1:2
Qollar: Son, 39 - İquayn, 63, Dibala, 65
İlk oyun - 2:2
Comment