QR CodeQR Code

Türkiyə parlamentində dava - FOTO

8 Mar 2018 12:15

IslamTimes - Türkiyə parlamentində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və müxalif Xalqların Demokratik Partiyasının (HDP) üzvləri arasında qarşıdurma yaşanıb.


Trend-in məlumatına görə, millət vəkilləri arasında mübahisəyə səbəb HDP-li deputatların “Türkiyə ordusu Afrində etnik təmizləmə aparır” deməsi olub.
Qarşıdurma zamanı HDP-dən olan üç millət vəkili yüngül xəsarət alıb.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.


Story Code: 709932

News Link :
https://www.islamtimes.org/az/news/709932/türkiyə-parlamentində-dava-foto

Islam Times
  https://www.islamtimes.org