QR CodeQR Code

Ukrayna XİN: Türkiyə, Ukrayna və Azərbaycanın bir çox sahədə ümumi maraqları var

10 Mar 2018 19:52

IslamTimes - “Türkiyə, Ukrayna və Azərbaycanın iqtisadiyyat, enerji, ticarət və təhlükəsizlik sahələrində ümumi maraqları var”.


APA-nın “DHA” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna xarici işlər nazirinin köməkçisi və Türkiyədəki keçmiş baş konsulu Vasil Bodnar deyib. Türkiyə, Ukrayna və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq platformasının yaradılmasının planlaşdırıldığını xatırladan V.Bodnar bildirib ki, bu üç ölkə bir çox sahədə əməkdaşlıq edə bilər: “İqtisadiyyat sahəsində Azərbaycan və Ukrayna arasında sərbəst ticari əməkdaşlıq mövcuddur. Bu sahədə bir çox iş görmək olar. Enerji sahəsində TANAP-ın inşası davam edir. Rusiya enerji məsələsini hər an siyasi təzyiq vasitəsi kimi istifadə edə bilər. Nəqliyyat sahəsində İpək yolu layihəsi, Çinlə Qərbi birləşdirməyi hədəfləyir. Biz də bunun vasitəsilə nəqliyyat sahəsində əməkdaşlıq qura bilərik. Təhlükəsizlik məsələsinə gəlincə isə, Türkiyə dünyanın ən güclü ordularından birinə sahibdir. Ukraynanın ordusu böyük potensiala malikdir. Azərbaycan da son illərdə ordusunu sürətlə inkişaf etdirir. Buna görə, bu sahədə üç böyük ölkə əməkdaşlıq edə bilər”.


Story Code: 710460

News Link :
https://www.islamtimes.org/az/news/710460/ukrayna-xin-türkiyə-və-azərbaycanın-bir-çox-sahədə-ümumi-maraqları-var

Islam Times
  https://www.islamtimes.org