0
Saturday 10 March 2018 - 19:52

Ukrayna XİN: Türkiyə, Ukrayna və Azərbaycanın bir çox sahədə ümumi maraqları var

Story Code : 710460
Ukrayna XİN: Türkiyə, Ukrayna və Azərbaycanın bir çox sahədə ümumi maraqları var
APA-nın “DHA” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna xarici işlər nazirinin köməkçisi və Türkiyədəki keçmiş baş konsulu Vasil Bodnar deyib. Türkiyə, Ukrayna və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq platformasının yaradılmasının planlaşdırıldığını xatırladan V.Bodnar bildirib ki, bu üç ölkə bir çox sahədə əməkdaşlıq edə bilər: “İqtisadiyyat sahəsində Azərbaycan və Ukrayna arasında sərbəst ticari əməkdaşlıq mövcuddur. Bu sahədə bir çox iş görmək olar. Enerji sahəsində TANAP-ın inşası davam edir. Rusiya enerji məsələsini hər an siyasi təzyiq vasitəsi kimi istifadə edə bilər. Nəqliyyat sahəsində İpək yolu layihəsi, Çinlə Qərbi birləşdirməyi hədəfləyir. Biz də bunun vasitəsilə nəqliyyat sahəsində əməkdaşlıq qura bilərik. Təhlükəsizlik məsələsinə gəlincə isə, Türkiyə dünyanın ən güclü ordularından birinə sahibdir. Ukraynanın ordusu böyük potensiala malikdir. Azərbaycan da son illərdə ordusunu sürətlə inkişaf etdirir. Buna görə, bu sahədə üç böyük ölkə əməkdaşlıq edə bilər”.
Comment