0
Saturday 10 March 2018 - 20:01

Donald Tramp “Rusiya işi” üzrə ifadə verməyə hazırdır

Story Code : 710467
Donald Tramp “Rusiya işi” üzrə ifadə verməyə hazırdır
“The Wall Street Journal” qəzeti xəbər verir ki, əgər xüsusi prokuror, heç olmasa təhqiqatın bilavasitə prezidentlə bağlı olan hissəsinin dəqiq bitmə tarixini müəyyənləşdirsə, Donald Tramp sualları cavablandırmağa razılıq verəcək. Trampın hüquqşünasları bir neçə variantı nəzərdən keçirir. Onlardan biri söhbətdən 60 gün sonra Müller üçün son tarix müəyyən edilməsi ilə bağlıdır.
 
Vəkillər, həmçinin sualların mövzularını da məhdudlaşdırmaq istəyir. Trampın komandası xüsusi prokurorun prezidentə Ceyms Kominin Federal Təhqiqatlar Bürosunun direktoru postundan kənarlaşdırılması və milli təhlükəsizlik üzrə sabiq köməkçi Maykl Flinnin istefası ilə bağlı suallar verəcəyini düşünür.
 
Qeyd edək ki, müstəqil xüsusi prokuror Robert Müller “Trampın Rusiya ilə əlaqələri” barədə işi təhqiq edir. Bu ittihamlar həm Kreml, həm də Ağ ev tərəfindən təkzib olunur.(AZƏRTAC)
Comment