0
Tuesday 13 March 2018 - 10:55

Çin hökumətində struktur islahatlar həyata keçiriləcək

Story Code : 711138
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, islahatlar planı Ümumçin Xalq Nümayəndələri Məclisinin sessiyasında müzakirəyə çıxarılacaq.
İslahatların bəzi detalları artıq məlumdur. Belə ki, İctimai təhlükəsizlik nazirliyi nəzdində Dövlət Miqrasiya administrasiyası yaradılacaq, həmçinin sığorta və bank xidmətlərinə dair komissiya və beynəlxalq əməkdaşlığın inkişafı üzrə yeni idarə təşkil ediləcək.
Qeyd edək ki, martın 11-də Ümumçin Xalq Nümayəndələri Məclisi bir şəxsin iki dəfədən artıq Çin Xalq Respublikasının sədri və müavini postlarına seçilməsinə qadağanı nəzərdə tutan Konstitusiya müddəasının ləğv edilməsini dəstəkləyib. Bundan sonra Çin Xalq Respublikasının sədri Çin Xalq Nümayəndələri Yığıncağında hər dəfə 5 il müddətində olmaqla, məhdudiyyət olmadan seçilə biləcək.
Comment