QR CodeQR Code

Lavrov Çavuşoğlu ilə “S-400” komplekslərinin tədarükünü müzakirə edəcək

14 Mar 2018 19:36

IslamTimes - Rusiya və Türkiyə XİN rəhbərləri Sergey Lavrov və Mövlud Çavuşoğlu bu gün Moskvada “S-400” zenit-raket komplekslərinin Türkiyəyə tədarükünə dair sazişin reallaşdırılmasını müzakirə edəcəklər.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, M.Çavuşoğlu Birgə Strateji Planlaşdırma Qrupunun 6-cı iclasında iştirak etmək üçün Moskvaya səfər edəcək.    
Danışıqlar zamanı hərbi-texniki əməkdaşlıq sahəsində hazırkı və perspektiv layihələr müzakirə ediləcək.  
İclasda həmçinin ticarət-iqtisadi əlaqələrdəki müsbət tendensiyaların saxlanılması və möhkəmləndirilməsi yolları müzakirə  olunacaq.
Xüsusi diqqətin enerji sahəsində əməkdaşlıq məsələlərinə yönəldiləcək.  
Nazirlər ikitərəfli ticarətdə qalan maneələrin aradan qaldırılması istiqamətində birgə addımları müzakirə edib. 


Story Code: 711518

News Link :
https://www.islamtimes.org/az/news/711518/lavrov-çavuşoğlu-ilə-s-400-komplekslərinin-tədarükünü-müzakirə-edəcək

Islam Times
  https://www.islamtimes.org