0
Saturday 17 March 2018 - 01:49

İranın nüvə anlaşması yenidən müzakirə oluna bilməz - Seyid Abbas Əraqçı

Story Code : 712012
İranın nüvə anlaşması yenidən müzakirə oluna bilməz - Seyid Abbas Əraqçı
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini dünən gecə Amerikanın nüvə anlaşmasının maddələrini dəyişmək üzrə səylərinəcavab olaraq deyib ki, bu beynəlxalq anlaşma heç bir halda yenidən müzakirə oluna bilməz.

İslamazeri.com İran mediasına istinadən xəbər verir. Xəbərə görə, nüvə anlaşması üzrə birgə komissiyanın on birinci iclasında iştirak etmək məqsədilə Vyanada səfərdə olan Seyid Abbas Əraqçı deyib: "İran İslam Respublikasının mövqeyi budur kiz, bu günlər bəzilərinin danışdıqları mükəmməl bir anlaşma, bir əlavə və ya bu qəbildən olan digər bir ifadə üçün heç bir imkan mövcud deyildir."

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini vurğulayıb ki, MAQATE-nin on hesabatının etirafına görə, İran İslam Respublikası indiyədək nüvə anlaşması qarşısındakı bütün öhdəliklərinə əməl edib. Beynəlxalq qurum bu beynəlxalq anlaşmanın bütün tərəflərindən tələbi budur ki, özlərinin bütün öhdəliklərinə tam şəkildə əməl etsinlər.

Qeyd edək ki, Nüvə anlaşması üzrə birgə komissiyanın 11 -ci iclası bu gün Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Source : İslamazeri
Comment