0
Monday 19 March 2018 - 19:11

Putin prezident seçkilərində rəqibi olmuş şəxsləri dialoqa çağırıb

Story Code : 712637
Putin prezident seçkilərində rəqibi olmuş şəxsləri dialoqa çağırıb
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, prezidentliyə namizəd olmuş şəxslərlə görüş zamanı o bildirib ki, gündəlikdə olan yaxşı işlərin reallaşdırılması və ölkənin qarşılaşdığı çağırışların qarşısının alınması üçün bütün siyasi partiyaların və təşkilatların birləşməsi vacibdir.

“Bu hər zaman asan olmur. Bununla belə ölkənin uzunmüddətli milli maraqları üçün açıq və dürüst dialoqa ümid edirəm”, - deyə o vurğulayıb.
Source : Apa
Comment