0
Wednesday 21 March 2018 - 14:04

HƏMAS: Zalim Trampın Qüdslə bağlı qərarı dəyişməyənədək bıçaqlanma əməliyyatları davam edəcək

Story Code : 712947
HƏMAS: Zalim Trampın Qüdslə bağlı qərarı dəyişməyənədək bıçaqlanma əməliyyatları davam edəcək
"Fələstində Şəhid Abdurrahman Bəni Fadlın bıçaqlama əməliyyatı işğala qarşı həyata keçirilən müqavimətin tərkib hissəsidir”. Bunu HƏMAS-ın Siyasi büro üzvü Musa Dudin deyib.

Maide.Az xəbər verir ki, bazar ertəsi günü Həmas tərəfindən verilən bəyanatda M.Dudin deyib ki, "Bu əməliyyat Qüdsün Fələstinə və ərəblərə aid olduğunun mesajını verməyi hədəfləyib. Xalqımız bu yolda müqavimət göstərməkdədirlər və heç vaxt yorulmayacaqlar”.

Həmas lideri zalim Trampın Qüdslə bağlı qərarı dəyişməyənədək sionistlərə qarşı bıçaqlanma əməliyyatları davam edəcək dedi.

“İşğalçı qüvvələr torpaqlarımız üzərindəki işğalı davam etdirdikləri müddətdə heç vaxt güvəndə olmayacaqlar. İşğalçılar nə edirsə etsin, xalqımızın iradəsini və müqavimətini qıra bilməyəcək. İki gün öncə yaşanan bıçaqlama əməliyyatı bunun bariz nümunəsidir. Fələstin xalqı Qüds üçün əvəz ödəməyə davam edəcək”.

M.Dudin bildirib ki, xalqımız D.Tramp qərarını və Fələstin üçün mübarizəsini başa çatdıranadək öz müqavimətini davam etdirəcək. İşğalçı qüvvələr etdiklərinin əvəzini ödəyəcək.
Source : Maide
Comment