QR CodeQR Code

SIA-nın İran əleyhinə planları

“Fars” xəbər agentliyi , 12 May 2011 08:57

IslamTimes - Avropada fəaliyyət göstərən radio İordaniya və Mərakeşin Əməkdaşlıq Şuarasına qatılmasını SIA-nın İrana qarşı bir planı kimi dəyərləndirdi.


“Nahrainnet” xəbər agentliyinin verdiyi bir hesabtda deyilir: “Amerika casusluq şəbəkəsi ərəb dövlətləri arasında siyasi, hərbi və təhlükəsizlik sazişi yaratmaqla onları İrana qarşı qaldırmaq niyyətindədir.”

Əməkdaşlıq Şurası İordaniya və Mərakəşin bu şuraya qatılmasına razılıq verdi 

Hesabtda bildirilir ki, Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurası İordaniya və Mərakeşi bu şuraya, SIA-nın planları əsasında daxil ediblər. Onlar bir neçə gün öncə keçirilən iclas zamanı bu iki ölkənin müraciətini araşdıraraq, öncədən ehtimal olunan bir cavabla onların şuraya üzv olmasını qəbul ediblər. 

Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasının rəhbərləri bildirib ki, Riyazda baş tutan 13-cü iclasda məntəqədə baş verən hadisələr, o cümlədən Bəhreyndə baş verən olaylar, Oman krallığı məsələsi, Əməkdaşlıq Şurasının Yəməndə gərginlikləri aradan qaldırmaq üçün təklifləri və Əməkdaşlıq Şurasının İranla rabitələrindəki gərginlik müzakirə edilib. 

İclasın sonunda Əbdül Lətif Əl-Ziyani mətbuat konfransında İordaniya və Mərakeşin Əməkdaşlıq Şuarasına qoşulduğunu bildirməklə hamını təəccübləndirib.
O deyib: 
“Əməkdaşlıq Şurasının rəhbərləri bu iki ölkənin müraciətini məmnuniyyətlə qarşıladılar. Əməkdaşlıq Şuarasına üzv olan xarici işlər nazirləri bu iki ölkənin şuraya üzv kimi qəbul edilməsinin davamı olaraq bir sıra araşdırmalar aparacaqlar. Bu addım daxili birləşmələr, müştərək talelər, hədəflərin birliyi və ərəb ölkələri arasındakı rabitələrin daha da möhkəmləndirilməsi məqsədi ilə atılıb."


Story Code: 71361

News Link :
https://www.islamtimes.org/az/news/71361/sia-nın-iran-əleyhinə-planları

Islam Times
  https://www.islamtimes.org