0
Sunday 25 March 2018 - 00:18

Amerika Ərəbistandan Yəmənə qarşı təcavüzə son qoymasını istəyib

Story Code : 713706
Amerika Ərəbistandan Yəmənə qarşı təcavüzə son qoymasını istəyib
Mediaların bildirdiyinə görə, Ərəbistan vəliəhdinin Vaşinqtona səfərində bununla bağlı ona yüksək səviyyədə təzyiq göstərilib.
Amerikanın “The Wall Street Journal” qəzeti öz təhlilində Məhəmməd bin Salmanın Vaşinqton səfərinin gizlinlərini açaraq dövlət məsullarına istinad edərək yazıb: “ABŞ dövləti amerikalı məsullara, xüsusilə də Məhəmməd bin Salmana Ərəbistanın Yəmənə qarşı qanlı müharibəsindən çıxması üçün yollar araması barədə tapşırıqlar verib. Bundan əlavə, Tramp dövləti və Konqres nümayəndələri də vəliəhdlə görüşündə bu məsələyə ciddi təkid ediblər. Bu məsələ cümə günü axşam saatlarında Ərəbistan xarici işlər naziri Adil əl-Cübeyrin Yəmən böhranının siyasi həllindən danışmağa məcbur edib. Əl-Cübeyr çıxışında vurğulayıb ki, Ənsarullahın Yəmən böhranının həllində payı ola bilər. Bu şərtlə ki, bütün Yəmənə hökumət etmək təlaşlarından əl götürsün.”
Source : Nur.az.com
Comment