QR CodeQR Code

Amerika Ərəbistandan Yəmənə qarşı təcavüzə son qoymasını istəyib

Nur.az.com , 25 Mar 2018 00:18

İslamtimes - Amerika medaiaları bu ölkənin Ərəbistanın Yəmənə qarşı təcavüzə son qoymasını istədiyini xəbər verib.


Mediaların bildirdiyinə görə, Ərəbistan vəliəhdinin Vaşinqtona səfərində bununla bağlı ona yüksək səviyyədə təzyiq göstərilib.
Amerikanın “The Wall Street Journal” qəzeti öz təhlilində Məhəmməd bin Salmanın Vaşinqton səfərinin gizlinlərini açaraq dövlət məsullarına istinad edərək yazıb: “ABŞ dövləti amerikalı məsullara, xüsusilə də Məhəmməd bin Salmana Ərəbistanın Yəmənə qarşı qanlı müharibəsindən çıxması üçün yollar araması barədə tapşırıqlar verib. Bundan əlavə, Tramp dövləti və Konqres nümayəndələri də vəliəhdlə görüşündə bu məsələyə ciddi təkid ediblər. Bu məsələ cümə günü axşam saatlarında Ərəbistan xarici işlər naziri Adil əl-Cübeyrin Yəmən böhranının siyasi həllindən danışmağa məcbur edib. Əl-Cübeyr çıxışında vurğulayıb ki, Ənsarullahın Yəmən böhranının həllində payı ola bilər. Bu şərtlə ki, bütün Yəmənə hökumət etmək təlaşlarından əl götürsün.”


Story Code: 713706

News Link :
https://www.islamtimes.org/az/news/713706/amerika-ərəbistandan-yəmənə-qarşı-təcavüzə-son-qoymasını-istəyib

Islam Times
  https://www.islamtimes.org