QR CodeQR Code

Yəmənlilər Səudiyyənin təcavüzünün 4-cü ilə daxil olmasına belə cavab verdi + video

Islaminsesi , 26 Mar 2018 15:34

Islamtimes - Yəmənlilər paytaxt Sənanın Səbin meydanında toplaşaraq Səudiyyə və koalisiyasının təcavüzünə tutarlı cavab veriblər.


İslaminSesi.info Əlməsira telakanalına istinadla xəbər verir ki, Səudiyyənin təcavüzlərinə etiraz əlaməti olaraq müxtəlif əyalətlərdən on minlərlə insan paytaxtda Səbin meydanında toplaşıb.

Ötən gün Ənsarullah hərəkatının lideri Əbdül-məlik Husi təcavüzə cavab olaraq yəmənliləri kütləvi etiraz üçün meydana çıxmağa çağırmışdı.

Bundan öncə Yəmən Ordusunun və “Xalq Komitələri”nin (husilər) “Raket Qüvvələri” Səudiyyə Ərəbistanın bu ölkəyə təcavüzünün 4-cü ilə daxil olması ilə bağlı Səudiyyədə müxtəlif hərbi obyektləri bir neçə ballistik raketlə hədəfə alıb.

Səudiyyə Ərəbistanı və onun başçılıq etdiyi koalisiya 2015-ci ilin 26 martından başlayaraq Yəməndə legitimliyi dəstəkləmək bəhanəsilə bu ölkəyə hücuma keçib. Səudiyyə hələ də hədəfinə çata bilməyib.


Story Code: 713998

News Link :
https://www.islamtimes.org/az/news/713998/yəmənlilər-səudiyyənin-təcavüzünün-4-cü-ilə-daxil-olmasına-belə-cavab-verdi-video

Islam Times
  https://www.islamtimes.org