0
Tuesday 27 March 2018 - 00:55

Nardaran hadisələri ilə bağlı həbs olunan Sahil Rzalı həbsdən yazır

Story Code : 714101
Nardaran hadisələri ilə bağlı həbs olunan Sahil Rzalı həbsdən yazır
"İl boyu 26 fevral xaric, hər ayın 26-ında Nardaran soyqırımı qeyd olunsun! Hacı Tale 26 fevralın yəni Xocalı soyqırımının ehtiramını qoruyub saxlamaq niyyəti ilə Nardaran hadisəsini 26 fevraldan başqa bütün aylara şamil olunduğunu qeyd edib. Düşünürəm Hacı Talehin bu təşəbbüsünün mənası "Mən xaqımı sevirəm" deməkdir.

Bəyanatda yer alan digər məsələ "Koalisiya" yaratmaqla bağlıdır. İstəyirəm həm soyqırım, həm də koalisiya haqqında bəzi məqamlara toxunum. "Soyqırım" sözünün mənası məqsədyönlü olaraq bir soyun kökündən kəsilməsi və ya bir soyu şiddətli nifrətin təzahürü olaraq öldürməkdir. Həmçinin bu söz soyundan aslı olmayaraq, bir xalqa qarşı olan təcavüzədə aid edilir. "Koalisiya" sözünün mənası isə ortaq dəyərə görə birgə fəaliyyət deməkdir. Bu iki sözün mənasından müəyyən suallar yaranır. Suallardan biri budur ki, Nardaranda 4 nəfərin öldürülməsi necə soyqırım sayıla bilər? İkinci sual isə budur ki,Nardaranda 2015 ci il 26 Noyabrda baş verənlər ortaq dəyərdir ki, buna görə koalisiya yaradılsın? Bu iki sualın cavabını müqəddəs Qurani-Kərimin ayələri ilə vermək istəyirəm. Allah-taala Maidə surəsi 32-ci ayəsində buyurur: "Hər kəs bir kimsəni öldürmüş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur". Burada vurğulanan günahsız insandır. Demək günahsız yerə kiminsə öldürülməsi bütün bəşəriyyətə aid olan məsələdir. Bu məntiqlə "Koalisiya" yaratmaq qərarı vermək düzgün qarşılanmalıdır.

Qeyd edilən digər ayənin mənası budur ki,bir günahsız insanı öldürmək bütün inanları öldürmək deməkdir. Nardaranda isə bir deyil, dörd günahsız şəxs öldürülüb. Bu soyqırım deyilmi? Deyirlər Sarvan adlı dindar ilk dəfə Nardarana Hacı Talehi görməyə gəlmişdi. Lakin gəldiyindən bir neçə saat sonra Sarvanı ciyərlərindən aldığı güllə yarasından qana boyanmış halda, xırıltılı səslə daşların üzərində yıxılmış formada görürlər. Hansı günahına görə öldürüldü? Allah-taala buyurur: "Hər kəs bir mömün kəsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəm odudur(Nisa surəsi ayə 33)". Qeyd edim ki,bu yanaşma mənim şəxsi yanaşmam idi!

25.03.2018
Sahil Rzalı
Comment