0
Wednesday 28 March 2018 - 08:41

HRW və Amnesty International: "ABŞ və Qərb Səudiyyə rejiminin cinayətlərində şərikdirlər"

Story Code : 714292
HRW və Amnesty International: "ABŞ və Qərb Səudiyyə rejiminin cinayətlərində şərikdirlər"


Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, HRW martın 26-sı verdiyi bəyanatında, Səudiyyə rejiminin Yəmənə qarşı müharibəni davam etdirməsinin bu kasıb ərəb ölkəsinin indi ciddi humanitar böhranla qarşılaşmasına səbəb olduğunu qeyd edib.



HRW Səudiyyə rejiminin vəliəhdi Məhəmməd bin Salmanın bu müharibəni davam etdirdiyini xatırladaraq, bütün bu cinayətlərə görə onun məsuliyyət daşıdığını bildirib.



HRW-nin icraçı direktoru Kennet Rut da son vaxtlar Amerika, Böyük Britaniya və Fransadan Səudiyyə rejiminə silah satışını dayandırmasını istəmişdi.



Digər tərəfdən, Beynəlxalq Amnistiya (Amnesty İnternational) təşkilatı da Amerika və Qərb ölkələrinin Səudiyyə rejiminə verdikləri silahlarla Yəmən xalqına qarşı törədilən zülm, cinayət və iztirablara şərik olduqlarını bildirib.



Beynəlxalq Amnistiya təşkilatının Yaxın Şərq üzrə araşdırma direktoru Lin Maaluf veridiyi bəyanatda, Qərb ölkələrinin Ərəb koalisiyasına verdiyi silahların Yəməndəki müharibədə böyük təxribata yol açdığını qeyd edib.



Maaluf, Səudiyyə rejiminin rəhbərlik etdiyi Ərəb koalisiyasına məsuliyyətsizcəsinə davam edən silah axınının Yəmən vətəndaşlarına böyük itki verməsi barədə kifayət qədər dəlilin olması barədə xəbərdarlıq edib. O, ABŞ, Böyük Britaniya, Fransa, İspaniya və İtaliyanın Ərəb koalisiyasına milyardlarla dollarlıq silah verdiyini deyib: “Münaqişənin bütün tərəfləri böyük vətəndaş itkisinə səbəb oldu. Məktəblər, xəstəxanalar xarabalığa çevrildi. Minlərlə insan həlak oldu. Milyonlarla insan didərgin düşdü və humanitar yardıma möhtac qaldı”.
Source : Deyerler
Comment