QR CodeQR Code

Polislər Nardaran məhbusunun evinə girərək Tale Bağırzadənin şəkilin cırıblar

http://azadpress.info , 30 Mar 2018 23:32

İslamtimes - Nardaran hadisələrinə görə 14 il 6 ay azadlıqdan məhrum edilmiş İbrahim Xudaverdiyevin ailəsi təzyiqlərlə üzləşib.


Müsəlman Birliyi Hərəkatından verilən məlumata görə, polislər Xudaverdiyevlərin evinə gələrək, ilahiyyatçı Tale Bağırzadənin divarda olan şəkillərini cırıblar. Evdəkiləri də hədələyiblər: “Deyiblər ki, bir də onun şəkli asılsa, gəlib cırmaqla kifayətlənməyəcəklər, daha pis olacaq. Üstəlik, ümumilli liderin şəklini də yapışdıracaqlar. Sonra da deyiblər ki, sonra görək o şəkilləri necə necə cıracaqsız”.

Azadpress.info Azadliq.info-ya istinadən xəbər verir ki, hərəkat üzvlərinin bildirdiyinə görə, polislər gəlib şəkilləri cıranda İbrahim Xudaverdiyevin həyat yoldaşı Həcər xanım evdə olmayıb. Çünki ondan əvvəl də evə Nardaranın ərazi üzrə daxil olduğu 42-ci polis bölməsinin rəis müavini və uşaqların tərbiyəsi məsələsinə nəzarət edən bir xanım əməkdaşı gələrək, Həcər xanımın və azyaşlı oğlunun bölməyə getməsini istəyib: “Əvvəlcə evdə də uşağın sosial şəbəkələrdə yayılmış videodakı çıxışına görə iradlarını bildiriblər. Novruz bayramı öncəsi Nardaran məhbuslarının uşaqlarının bayram təbriklərindən ibarək bir rolik hazırlanmışdı. Orada İbrahim Xudaverdiyevin kiçik oğlu Malik Əjdərin də təbriki var idi. Onlar bildiriblər ki, bayram təbrikində qanunsuz, etikadan kənar heç nə yoxdur axı. Sonra onlar bölməyə gediblər. Orada onlara münasibət aqressiv olmayıb, söhbət sakit tonda keçib. Buna baxmayaraq, sətiraltı öz hədələrini eşitdiriblər”.

Məlumata görə, İbrahim Xudaverdiyevin həyat yoldaşı və oğlu bölmədən çıxıb başqa bir yerə gediblər. O ərəfədə polislər onların evinə gedib şəkilləri cırıblar. Həmin vaxt evdə Həcər Xudaverdiyevanın anası və qızının olduğu bildirilir.


Story Code: 714795

News Link :
https://www.islamtimes.org/az/news/714795/polislər-nardaran-məhbusunun-evinə-girərək-tale-bağırzadənin-şəkilin-cırıblar

Islam Times
  https://www.islamtimes.org