0
1
comments
Friday 13 May 2011 - 01:31

Canqurtaran təkzib…

Story Code : 71513
Canqurtaran təkzib…
Canqurtaran təkzib…
FaktXeber yazır: Bir neçə gündür İranın Ərdəbil vilayətinin imam-cüməsi Seyid Həsən Amilinin Qarabağ probleminin yaranan gündən İranın Azərbaycana necə dəstək verməsini göstərən sözləri mətbuatda əsas gündəm mövzusudur. İmam-cümənin sözügedən fikiləri arasında əsasən 2 şəxsin – keçmiş müdafiə naziri Rəhim Qazıyevin və keçmiş OMON rəhbəri Rövşən Cavadovun adları çəkilir. Və bildirilir ki, mövcud hökümətin razılığı, Rəhim Qazıyevin və Rövşən Cavadovun xahişi ilə müdafiə sistemini qurmaq üçün müştərək qərargah yaradılıb.
Məsələnin ciddiliyini nəzərə alıb keçmiş OMON rəhbəri mərhum Rövşən Cavadovun qardaşı, hazırda mühacirətdə yaşayan Mahir Cavadovla əlaqə saxladıq. Bu barədə FaktXeber.com-a açıqlama verən M. Cavadov faktı təsdiqlədi: “Bəli, bunlar faktdır! Qarabağ müharibsində İranin bizə hərbi köməyinin qarşısını o vaxtki rəhbərlik Ermənistanla Qarabağla bağlı imzaladıqları 12.05.1994-cü il tarixli əbədi (bu sözü məhz Əliyevlər o sənədə rəsmən əlavə ediblər) atəşkəs müqaviləsini imzalamaqla alıblar. Mənim bildiyimə görə, Elçibəy Qarabağın ermənilərə verilməsi üçün çalışırdı. Ermənilər tanklarla Füzuliyə hücum edərkən, Rövşən Cavadov o zamanlar Baş Komandan olan Elçibəydən xahiş etmişdi ki, onun sərəncamında olan anbarlardakı tank əleyhinə silahları OMON-a versin. O isə onları verməsin deyə, Az.TV ilə çıxış edərək demişdi ki, əgər İran tankları Azərbaycana hücum etsələr, o zaman o qarnına mina bağlayıb özünü tankların altına atacaq. Halbuki, o anlarda bizim üstümüzə İran tankları yox, erməni tankları hücum edirdilər. Yəni, Elçibəyin Azərbaycanı ermənilərdən qorumaq fikri yox idi.” İranın Ərdəbil vilayətinin imam-cüməsi Seyid Həsən Amilinin Qarabağla açıqlamasında adı hallandırılan keçmiş müdafiə naziri Rəhim Qazıyev məsələ ilə bağlı FaktXeber.com-a açıqlama verib.
Seyid Amilinin dediyi faktları inkar edən R.Qazıyevə, Rövşən Cavadovun qardaşı Mahir Cavadovun FaktXeber.com-a açıqlamasında belə bir faktın olduğu təsdiqlədiyini bildirdik. O, isə söylədi ki, ola bilsin R.Cavadov mənim xəbərim olmadan həmin dövrdə İranla danışıqlar aparıb: “Müdafiə naziri olduğum dövrdə mən nə İrana getmişəm nə də ki, İrandan mənim yanıma rəsmi olaraq bir nəfər gəlib. Mən İranla hər hansı bir müqavilə bağlamışam. Lakin onu da deyim ki, həmin vaxt İranın Azərbaycandakı səfiri Nəhəvəndiyan qəbuluma gələrək, mənə İrana getməyi təkif etmişdi. İranda məni Rəfsəncaninin və İran generallarının gözlədiyini bildirmişdi. Mən də onlara demişdim ki, mənim vəziyyətim pisdir. Əgər hər hansı bir kömək eləmək istəyirlərsə, gəlsinlər oturaq söhbət eləyək. Həmin ərəfədə mən öz köməkçimi İrana göndərmişdim. Onlardan ona demişdilər ki, siz yəhudilərin sözləri ilə oturub-durduğunuza görə, sizə kömək eləməyəcəyik. Amma mənim heç bir yəhudi ilə əlaqəm yox idi.”
P.S. Rəhim Qazıyevin söylədiklərini diqqətlə analiz etdikdə şübhə yaranır. Yəqin ki, Rəhim Qazıyev yenidən özünə problem yaratmaq istəmir. Amma problemdən qaçmaq üçün müsahibədən qaçmaq yolunu da seçmək olardı.

Comment


Europe
MEHV OLSUN ZALIM AZERBAYCAN HOKUMETI