QR CodeQR Code

Tramp Meksikanı hədələdi: “Divar hörmək lazımdır”

Deyerler , 1 Apr 2018 23:26

Islamtimes - ABŞ prezidenti Donald Tramp Meksikadan narkotik və qeyri-leqal miqrant axınını dayandırmaq üçün tədbirlər görməyi tələb edib, əks halda Şimali Amerika Aza


TASS xəbər verir ki, D.Tramp "Twitter" hesabında yazıb ki, Meksika qeyri-qanuni miqrantların öncə cənub sərhədlərindən bu ölkəyə daxil olmasının, daha sonra isə ABŞ-a keçməsinin qarşısını almaq üçün çox az iş görür, yaxud heç bir iş görmür.

D.Tramp Meksikanın ABŞ-ın "axmaq miqrasiya qanunvericiliyi"nə güldüyünü vurğulayıb: "Meksika bu böyük narkotik və qeyri-qanuni miqrant axınının qarşısını almalıdır. Ya da mən NAFTA-ya son qoyacam. Divar hörmək lazımdır!".

Qeyd edək ki, Kanada, ABŞ və Meksika Şimali Amerika Azad Ticarət Zonası haqqında saziş 1992-ci ildə imzalanıb və 1994-cü ildə qüvvəyə minib.


Story Code: 715132

News Link :
https://www.islamtimes.org/az/news/715132/tramp-meksikanı-hədələdi-divar-hörmək-lazımdır

Islam Times
  https://www.islamtimes.org