QR CodeQR Code

Səudiyyə rejiminin şahzadəsi etirazlardan qorxub İraqa səfərini ləğv etdi

İslamazeri , 2 Apr 2018 23:14

Islamtimes -Səudiyyə rejiminin Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada, Səudiyyə rejiminin kralının oğlu vəliəhd Məhəmməd bin Salmanın İraqa edəcəyi səfəri ləğv edilib.


Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, nazirlik bəzi media qurumları tərəfindən vəliəhd şahzadə Məhəmməd bin Salmanın İraqa səfər edəcəyi ilə bağlı xəbər yaydıqlarını, lakin bu xəbərlərin həqiqəti əks etdirmədiyini elan edib.

Bin Salmanın İraqa rəsmi səfərlə gələcəyi ilə bağlı xəbərlərin yayılmasından sonra, İraqın bütün əyalət və şəhərlərində, xüsusilə də sosial şəbəkə üzərindən davam etdirilən etirazlar, paytaxt Bağdad küçələrinə qədər gedib çıxdı.

Son günlərdə etirazlar o qədər şiddətlənmişdir ki, İraqın küçə və prospektlərinin hər yerində Səudiyyə rejiminin kralının vəliəhdi Məhəmməd bin Salman əleyhinə plakat və afişalar asılıb. Prospekt və küçələrə asılan bəzi plakat və afişalarda, İmam Hüseynin (ə) dediyi “Mənim kimi biri, onun kimi (Yəzid (lən)) birinə heç vaxt beyət etməyəcək” sözlər yazılıb.

Bundan başqa, Bağdadın küçə və prospektlərində bəzi maşınların üzərində “Keçən yüz il ərzində İraq xalqını qətliam edənlərə Səudiyyə başçılıq edir”, “İraq daxilində özünü partladaraq intihar aksiyası keçirən və on minlərlə günahsız insanın həlak olmasına yol açan 5 min canlı bomba səudiyyəli idi” şüarları yazılıb.


Story Code: 715292

News Link :
https://www.islamtimes.org/az/news/715292/səudiyyə-rejiminin-şahzadəsi-etirazlardan-qorxub-iraqa-səfərini-ləğv-etdi

Islam Times
  https://www.islamtimes.org