0
Monday 2 April 2018 - 23:14

Səudiyyə rejiminin şahzadəsi etirazlardan qorxub İraqa səfərini ləğv etdi

Story Code : 715292
Səudiyyə rejiminin şahzadəsi etirazlardan qorxub İraqa səfərini ləğv etdi
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, nazirlik bəzi media qurumları tərəfindən vəliəhd şahzadə Məhəmməd bin Salmanın İraqa səfər edəcəyi ilə bağlı xəbər yaydıqlarını, lakin bu xəbərlərin həqiqəti əks etdirmədiyini elan edib.

Bin Salmanın İraqa rəsmi səfərlə gələcəyi ilə bağlı xəbərlərin yayılmasından sonra, İraqın bütün əyalət və şəhərlərində, xüsusilə də sosial şəbəkə üzərindən davam etdirilən etirazlar, paytaxt Bağdad küçələrinə qədər gedib çıxdı.

Son günlərdə etirazlar o qədər şiddətlənmişdir ki, İraqın küçə və prospektlərinin hər yerində Səudiyyə rejiminin kralının vəliəhdi Məhəmməd bin Salman əleyhinə plakat və afişalar asılıb. Prospekt və küçələrə asılan bəzi plakat və afişalarda, İmam Hüseynin (ə) dediyi “Mənim kimi biri, onun kimi (Yəzid (lən)) birinə heç vaxt beyət etməyəcək” sözlər yazılıb.

Bundan başqa, Bağdadın küçə və prospektlərində bəzi maşınların üzərində “Keçən yüz il ərzində İraq xalqını qətliam edənlərə Səudiyyə başçılıq edir”, “İraq daxilində özünü partladaraq intihar aksiyası keçirən və on minlərlə günahsız insanın həlak olmasına yol açan 5 min canlı bomba səudiyyəli idi” şüarları yazılıb.
Source : İslamazeri
Comment