0
Friday 13 May 2011 - 11:20

Ərəb ölkələrinin xəyanəti

Story Code : 71559
Ərəb ölkələrinin xəyanəti
Ərəb ölkələrinin xəyanəti
Islam times.org/az/ - “Nəhreynnet” xəbər saytı, Vaşinqtondakı Qərb diplomatik mənbələrə əsaslandırdığı xəbərdə Qatar hökumətinin Misirdən İsrailə nəql edilən qazın kəsilməsi vəziyyətində İsrailə qaz ixrac etməyi qərara aldığını bildirdi.

Mövzuyla əlaqədar şərh verən diplomatik qaynaqlar, Qatar Əmiri Şeyx Həməd bin Xəlifə Ali Saninin Vaşinqtonda bir qrup İsrail lobbisi rəsmisi ilə görüşdüyünü və ölknin İsrailə daha əvvəl də qaz ixrac etdiyini bildirərək Misirdən İsrailə nəql edilən qazın kəsilməsi halında Qatarın bunu kompensasiya edərək İsraili qazla təmin edə biləcəyini söylədiyini açıqladı.

Qatar Əmrinin İsrailə bazar qiymətindən aşağı qaz satmaq təklif etdiyini təsdiqləyən qaynaqlar, Qatardan İsrailə nəql ediləcək qazın doğrudanmı yoxsa hər hansı bir şirkət vasitəsilə nəql ediləcəyi mövzusunda hər hansı bir açıqlama verilmədiyini bildirib.

Digər tərəfdən İsrail radiosu, Qatarın Baş naziri Şeyx Həməd bin Casim Ali Saninin İsrail Baş naziri Benyamin Netanyahu ilə Londonda görüşdüyünü bildirərək Qatar Baş nazirinin ölkəsinin Misirin əvəzinə İsraili təbii qazla təmin etmək istədiyini söylədiyini bildirdi.

Eyni qaynaqlar, Səudiyyə Ərəbistanının da bir Amerika şirkəti vasitəsilə İsrailə neft ixrac etmək üçün gizli bir razılaşma imzaladığını açıqlayıb.

Səudiyyə Ərəbistanı ilə İsrail arasında həyata keçən gizli razılaşma istiqamətində neftin Yənba limanında Səudiyyə neft tankerlərinə yüklənəcəyi və tankerlərin beynəlxalq sulara çıxmasından sonra Amerikalı şirkətlər vasitəsilə Hayfa limanına daşınacağı bildirilir.
Translator :
Source : islamtimes
Comment