0
Wednesday 4 April 2018 - 17:22

İranın artan nüfuzuna qarşı ABŞ və İsrail əməkdaşlığı gücləndirir

Story Code : 715621
İranın artan nüfuzuna qarşı ABŞ və İsrail əməkdaşlığı gücləndirir


İslamazeri.com-un "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ Prezidenti Donald Tramp və İsrail rejiminin Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Ağ Evdən bildirilir ki, müzakirələrin mərkəzi mövzusu Yaxın Şərqdəki vəziyyət olub.
"Prezident Tramp təsdiq edib ki, ABŞ İsrailin təhlükəsizliyi məsələsinə sadiqdir və hər 2 lider İranın çox zərərli təsirinə və sabitliyi pozan hərəkətləri ilə mübarizə üçün sıx əməkdaşlığı davam etdirmək qərarını veriblər.", - deyə Ağ Evin bəyənatında qeyd edilib.
Xatırlatmaq lazımdır ki, Tramp və Netanyahu arasındakı bu danışıq BMT Təhlükəsizlik Şurasının iclasının astanasında baş tutub.

Məlum iclas zamanı isə Yaxın Şərqdəki vəziyyət müzakirə ediləcək.
Source : Islamazeri
Comment