QR CodeQR Code

Ayətullah Xamenei İsmayıl Haniyyənin məktubunu cavablandırıb

`Biz sizi hərtərəfli dəstəkləməyə borcluyuq`

Maide , 5 Apr 2018 11:59

İslamtimes - Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei çərşənbə günü Fələstin İslam Müqaviməti Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmayıl Haniyyənin ona ünvanladığı bir müddət öncəki məktuba cavab verib.



Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, məktubun cavabında Ayətullah Xamenei İran İslam Respublikasının Fələstin və onun mücahidlərini həmişə dəstəkləyəcəyini vurğulayaraq qeyd edib ki, Fələstin məsələsinin həlli yolu İslam dünyasında mübariz və müqavimət cəbhələrini gücləndirmək, qəsbkar rejim və onun dəstəkçiləri ilə mübarizəni daha da şiddətləndirməkdədir!

Ayətullah Xamenei bildirib: "Şübhəsiz ki, müqavimət və mübarizə məzlum Fələstinin xilasının yeganə yolu, şücaətli və başıuca xalqa vurulmuş yaralara yeganə məlhəmdir. İslam ümmətinin böyük problemləri haqda İsmayıl Haniyyənin məktubunda qeyd olunan məsələlər, regionun bəzi ərəb ölkələrinin xəyanəti, nifaqı və böyük şeytanın (ABŞ) ardınca getmək istiqamətində onların xəbis planları, düşmənin təzyiqi, zülmü və cinayəti qarşısında ön cəbhədə fələstinli mübarizlərin mücahidliyi əsl həqiqətdir və bizim tərəfimizdən təsdiqlənir. Biz sizi hərtərəfli dəstəkləməyə borcluyuq. Bu dini bir vəzifə olmaqla yanaşı, həm də siyasi dəyişiklik və hadisələrdən daha üstün insani bir borcdur. İnşallah keçmişdə də olduğu kimi bu vəzifəmizə əməl edəcəyik.”

Ayətullah Xamenei qeyd edib ki, xalqlar, xüsusilə də İslam və ərəb ölkələrindəki qeyrətli gənclər, Fələstin məsələsi barədə məsuliyyət hiss edən dövlətlər bu böyük vəzifəni tam ciddi hesab etməli, qəhrəmansayağı və tədbirli səylərlə düşməni məhvə doğru geri çəkilməyə məcbur etməlidirlər. “Hazırda İslam Ümmətinin izzət və iqtidara qayıdışı zalım və onun xəbis planları qarşısında müqavimət sayəsində mümkündür. Fələstin məsələsi bütün islami beynəlxalq məsələlərin başında durur. Yalançı, qəsbkar və hiyləgər rejimlə müzakirə etmək bağışlanılmayan böyük bir səhvdir və Fələstin xalqının qələbəsini əngəlləyir. Bu, məzlum Fələstin xalqına ziyandan başqa bir şey verməyəcək. Bəzi Ərəb ölkə başçılarının xəyanətləri hazırda yavaş-yavaş hamıya aşkar olur. Onlar hələ də öz xəyanətlərini davam etdirir."

Qeyd edək ki, Fələstin İslam Müqaviməti Hərəkatının siyasi bürosunun rəhbəri bir müddət öncə Ali Rəhbər Ayətullah Xameneiyə ünvanladığı məktubda zalım cəbhənin müqavimətin son qalası olan Qəzzəni dağıtmaq, işğalçı rejimlə mübarizəyə son qoymaq və regionun asılı başçılarının münasibətləri normallaşdırmaq məqsədilə Qüdsə və Fələstin xalqına qarşı böyük planları haqqında məlumat vermiş, İran xalqının və Ali Rəhbərin müqavimət hərəkatına olan dəstəyini alqışlamışdı.


Story Code: 715803

News Link :
https://www.islamtimes.org/az/news/715803/biz-sizi-hərtərəfli-dəstəkləməyə-borcluyuq

Islam Times
  https://www.islamtimes.org