0
Thursday 5 April 2018 - 12:13

Hacı Mövsüm Səmədovdan xəbər var

Story Code : 715805
Hacı Mövsüm Səmədovdan xəbər var
İslamazeri.com xəbər verir ki, bu barədə “İslaminSesi”nə vəkil özü məlumat verib. Vəkilin sözlərinə görə, müvəkkilinin vəziyyəti yaxşıdır, əhval-ruhiyyəsi hər zaman olduğu kimi yüksəkdir.

Mövsüm Səmədovun gec də olsa baharın gəlişi və yeni Günəş ilinin doğması ilə əlaqədar Azərbaycan xalqını təbrik etdiyini önə çəkən vəkil Bəhruz Bayramov, AİP liderinin bunları söylədiyini vurğulayıb:

“Bu il milli vəhdətin yaranması münasibəti ilə xalqımıza uğurlar arzulayıram. Məhz bu cür vəhdətlə həm Qarabağ problemini, həm də ki, daxildəki problemləri tezliklə həll edə bilərik. Allah bu yolda xalqımıza yardımçı olsun."

Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır. AİP lideri Beynəlxalq Təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.
Source : Islamazeri
Comment