0
Thursday 5 April 2018 - 12:34

Stoltenberq: “NATO Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq”

Story Code : 715810
Stoltenberq: “NATO Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq”
APA-nın “CBC News”-a istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib. “Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışacağıq. Biz qonşuyuq və Rusiyanın təcrid olunmasını arzulamırıq”, deyə Y.Stoltenberq qeyd edib.

Onun sözlərinə görə, NATO ilə Rusiya arasında münasibətlərin normallaşması bütün dünya üçün faydalıdır: “Alyans yeni soyuq müharibə, “silahlanma yürüşü”nün qarşısının alınması istiqamətində işləməyə və Rusiya ilə siyasi dialoqa davam edəcək".
Source : Apa
Comment