QR CodeQR Code

Livanda İsrail casusları həbs olundu

islamtimes , 13 May 2011 12:32

Translator :

İslamtimes - Livan ordusu kəşfiyyat xidməti : ölkənin cənubundakı Mərcəyun şəhərində Cana M. F adlı bir adamı İsrailə casusluq etdiyi səbəbiylə həbs edib.


islamtimes.org/az/ - Livanda İsrailə casusluq edən bir adamın həbs olunduğu, bir adamın da eyni cinayətlə sorğuya alındığı haqda xəbər verilir.

Livan ordusu kəşfiyyat xidməti, ölkənin cənubundakı Mərcəyun şəhərində Cana M. F adlı bir adamı İsrailə casusluq etdiyi səbəbiylə həbs edib.

Livan ordusu kəşfiyyat xidməti tərəfindən həbs olunduqdan sonra Sayda şəhərinə aparılan şəxsin, sərhəddəki əl-Qaliyə bölgəsində İsraillə əlaqədə olduğunu etiraf etdiyi açıqlandı.

İsrailə casusluq etmək ittihamı ilə həbs olunan şəxsin Mərcəyun şəhərinə bağlı sərhəddəki bir kənddə benzin doldurma məntəqəsi sahibi olduğunu bildirən livanlı təhlükəsizlik rəsmiləri, sərhəddəki şübhəli hərəkətləri ilə bu şəxsin bir həftədir təqib altında olduğunu açıqlayıblar.

Əlavə olaraq Livan hərbi tribunalı müttəhim Fadi Sovanın Andrea R. Adlı bir şəxsi İsrailə kəşfiyyat sızdırmaq ittihamı ilə saxladığı, eyni cinayətlə ittiham olunan başqa şəxs haqqında da həbs qərarı çıxardığı bildirildi.


Story Code: 71584

News Link :
https://www.islamtimes.org/az/news/71584/livanda-israil-casusları-həbs-olundu

Islam Times
  https://www.islamtimes.org