0
Friday 6 April 2018 - 23:16

İraq prezidenti: Terrorizmə qarşı İraqa ilk dəstək verən İran olub

Story Code : 716098
İraq prezidenti: Terrorizmə qarşı İraqa ilk dəstək verən İran olub
Əl-Aləm şəbəkəsinə müsahibə verən İraq prezidenti Fuad Məsum deyib:
İran İŞİD ilə müharibədə İraqa kömək edən ilk ölkə olub. İran humanitar sahədə, nəqliyyat sahəsində İraqa böyük dəstək verib. İŞİD ilə müharibədə İran hərbçiləri təlimatçı olaraq əməliyyatlara qatılıb. İŞİD-ın məhv edilməsində İranın təlimatları əvəzsiz olub.

İranla 1200 km müştərək sərhədimiz var. Bu iki ölkəni dini, mədəni, tarixi rabitələr bağlayır. Düşünürəm ki, İran-İraq rabitələri genişlənməlidir. İranın bəzi məntəqə ölkələri ilə münasibətlərinin normallaşmasına kömək etməliyik. Biz bir tərəfə yaxın dayansaq vasitəçi olaraq etibarımızı itirərik. Mən Amerika səfərində bəyan etdim ki, İrana Amerikanın eynəyi ilə baxmırıq. Həm də Amerikaya İranın eynəyi ilə baxmırıq. Çalışırıq ki, hamı ilə normal əlaqələrimiz olsun.
Source : Islamtimes
Comment