0
Saturday 7 April 2018 - 16:43

Mişel Aun: “İsrail rejiminin hədələyici açıqlamaları döyüş hərəkətidir”

Story Code : 716291
Mişel Aun: “İsrail rejiminin hədələyici açıqlamaları döyüş hərəkətidir”
Deyerler.org palinfo-ya istinadən xəbər verir ki, BMT-nin Livan üzrə xüsusi nümayəndəsi Pernille Dahler Kardel ilə keçirdiyi görüşdə danışan M.Aun, İsrail rejiminin Livana qarşı hədələyici açıqlamalarının müharibə hərəkəti olduğunu bildirib: “Livan sülhə inanan və müharibələrdən imtina edən bir ölkədir. İsrail rejiminin rəsmilərinin ardıcıl şəkildə Livanı təhdid etmələri qəbuledilməzdir. Bu təhdidlərin Livana qarşı bir müharibə hərəkəti olduğunu hesab edirik”.

Mişel Aun BMT-nin MT-nin Livan üzrə xüsusi nümayəndəsi Pernille Dahler Kardel ilə Livanda olan Suriya qaçqınlarının məsələsini də danışıb. 24 apreldə Brüsseldə keçiriləcək konfransa işarə edən M.Aun belə deyib: “Suriyalı qaçqınlar məsələsində BMT ilə əməkdaşlıq etmək istəyirik”.

Kardel Livan iqtisadiyyatına dəstək üçün gələn həftə Parisdə keçiriləcək iclasla bağlı prezident Auna açıqlama verib. Livan hökuməti Paris toplantısına 17 milyard dollarlıq investisiya proqramı çərçivəsində 250 layihə təqdim etməyi planlaşdırır.
Source : Deyerler
Comment