0
Sunday 8 April 2018 - 23:53

Səddamın müavini: Tramp İrana heç vaxt hücum etməz!

Story Code : 717095
Səddamın müavini: Tramp İrana heç vaxt hücum etməz!
Ləğv olunmuş Bəəs partiyasının rəhbəri İzzət İbrahim Əd-Duri partyanın yaradılmasının ildönümü mərasiminə qatılıb. Onun ölümü barədə dəfələrlə məlumat yayılsa da hazırda Əd-Durinin səs faylı mediada, sosial şəbəkələrdə paylaşılıb. Əd-Duri deyir: Əgər həbsdə olan bəəsçilər azad edilməsə, biz səfəvi İraq dövləti və İranın mövqelərinə qarşı müharibəyə başlayacağıq.

İraq dövlətini himayə edən bütün qərb və ərəb dövlətləri hədəfə alınacaq. Yalnız Səudiyyə Ərəbistanı ilə həmkarlığı davam etdirəcəyik. Çünki Ərəbistan da İraq, Liviya, Yəməndə problemlə üzbəüzdür. Tramp qiyamət gününə qədər İrana hücum etməyəcək.
Səddam dövründə diktatorun müavini kimi tanınan İzzət İbrahim Əd-Duri Amerika və İraq dövləti tərəfindən axtarışdadır.
Source : Islamtimes
Comment