QR CodeQR Code

Əbülbari Ətvan: Tramp odla oynayır!

Islamtimes , 11 Apr 2018 00:08

Islamtimes - Amerikanın Suriyaya ehtimal olunan təcavüzü ilə kiçik miqyaslı dünya müharibəsi başlayacaq.


Ərəb dünyasının tanınmış politoloqlarından olan Əbülbari Ətvan son günlər Trampın Suriyaya qarşı səsləndirdiyi ittiham və hədə-qorxulara münasibət bildirib. Ətvan deyib: Amerikanın Suriyaya ehtimal olunan təcavüzü ilə kiçik miqyaslı dünya müharibəsi başlayacaq. Bu müharibəni Trampdan başqa arzulayan yoxdur.

Mövzu Amerika, qərb ölkələri və onların ərəb müttəfiqləri tərəfindən uydurulan, Rusiya və Suriya tərəfindən dərhal rədd edilən kimyəvi silahdan istifadədir.

Amerika Suriyanın Dəməşqin şərqində Duma şəhərində kimyəvi silahdan istifadə etməsi ilə bağlı şər kampaniyasına başçılıq edir.

Tramp bu iddia ilə Suriyanı hərbi müdaxilə ilə hədələyib ki, bu da onun odla oynamasıdır. Tramp bütün qırmızı xətləri aşaraq kimyəvi silahdan istifadəyə Rusiya prezidenti Putini məsul sayıb.


Story Code: 717097

News Link :
https://www.islamtimes.org/az/news/717097/əbülbari-ətvan-tramp-odla-oynayır

Islam Times
  https://www.islamtimes.org